Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 714 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı idxal edib.
Bu barədə İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir.
Bildirilib ki, bu, ötən ilin iki ayı ilinə nisbətən 2,6 dəfə (160,4 %) çoxdur.
Həmçinin bu ilin fevral ayında Türkiyədən ölkəmizə 477 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib. Bu da keçən ilin analoji ayı ilə müqayisədə 2,6 dəfə (159,9 %) artım deməkdir.