“Ford” və “Volkswagen”in birgə istehsalı təsdiqləndi

Rəqabət Şurası “Ford” və “Volkswagen”in birgə avtomobil istehsal etməsini təsdiqləyib.

İndex.az xəbər verir ki, Rəqabət Şurası “Ford Motor Company” və “Volkswagen AG” arasında bir tonluq kommersiya avtomobillərinin inkişafı, tədarükü və istehsalına dair müqavilələrə güzəştlərin verilməsi barədə qərar qəbul edib.

Açıqlamada, “Ford”un 2020-2025-ci illər arasında 1 milyard 390 milyon avro investisiya və təxminən 11 illik istehsal planını həyata keçirməsinin gözlənildiyi ifadə edilib.