Mərkəzi Bankın əmlakları qiymətləndiriləcək

Azərbaycan Mərkəzi Bankının (AMB) daşınar və daşınmaz əmlakları qiymətləndiriləcək.

İndex.az bu barədə hökumətdəki mənbəyə istinadən xəbər verir.

Məlumata görə, söhbət AMB-nin balansında olan nəqliyyat vasitələrindən, qeyri-yaşayış və torpaq sahələrindən, 6 mənzil və fərdi yaşayış evindən gedir.