“Bank Respublika”ya işçi lazımdır

Vakansiya: Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis

Ümumi vəzifə öhdəlikləri:

  • İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
  • İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
  • Bankın ərazisində olan  əməkdaş və müştərilərin təhlükəsizliyinin təmin olunması;
  • Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
  • Mühafizə və video müşahidə kameraları vasitəsi ilə nəzarət.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Təcrübə: Təhlükəsizlik xidməti, Məhkəmə və hüquq mühafizə orqanlarında təcrübə;
  • Əməyin mühafizəsi qayda və normaları, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi qeyd edərək  [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.