“Bar8ie” yazısı olan avtomobil nömrəsi 1,3 milyon dollara satışa çıxarıldı

Avtomobil nömrələrinin satışı ilə bağlı elanların yer aldığı Böyük Britaniya saytı qeyri-adi reklamlarla gündəm olub.

İndex.az xəbər verir ki, bu barədə runews24.ru saytı məlumat yayıb.

Bildirilib ki, darıxdırıcı nömrələr əvəzinə avtomobil nömrəsinin üzərində məşhur “Barbie” filminin adını daşıyan “Bar8ie” yazısı yazılıb.

“Bar8ie” yazısının qiyməti yüksəkdir və 1,33 milyon dollara satılır. “Bar8ie”nin yeganə rəqibi rekord 15 milyon dollara satılan P7 yazısıdır.

Sayt aydınlaşdırır ki, “Bar8ie” qeydiyyat nömrəsi 1967-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş istənilən növ avtomobil üçün istifadə oluna bilər.