Ötən ay “Ford” ABŞ-da satışlarını artırıb

Fevralda ABŞ-da “Ford Motor” avtomobillərin satışları illik müqayisədə 10,5% artaraq 174 min 192 ədəd təşkil edib.

İndex.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Bildirilir ki, o cümlədən elektromobillərin satışı 1,8 dəfə – 81 % artaraq 6 368 minə, hibrid modellərin satışı 32 % artaraq 12 045 minə, krossoverlərin satışı isə 22 % artaraq 76 403 minə çatıb. Məşhur “F-Series” seriyalı pikapların satışı keçən ay 5,8% azalaraq 51 min 829 ədədə düşüb.

Yanvar-fevral aylarında “Ford” avtomobillərinin ümumi satışları illik müqayisədə 6,6% artaraq 311 min 325 ədədə çatıb.

Qeyd edək ki, bazar ertəsi “Ford” şirkətinin səhmləri 2,3% bahalaşıb. Avtomobil istehsalçısının bazar dəyəri bu ilin əvvəlindən 4,5% artıb və 48,88 milyard dollara çatıb.