Eldar Abdullayevə yeni vəzifə verildi

Bakı Fond Birjasının keçmiş sədri Eldar Abdullayevə yeni vəzifə verilib.

İndex.az xəbər verir ki, o, “CPM-Invest Investisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib.

Bu təyinat investisiya şirkətinin səhmdarlarının qərarı ilə baş tutub.

E.Abdullayev bu vəzifədə Xəyal İsmayılovu əvəzləyib. Xəyal İsmayılov MŞ-nin yeni üzvü seçilib. Xəqani Hüseynov isə MŞ-nin üzvlüyündən kənarlaşıb.

Xatırladaq ki, “CPM-Invest İ.Ş.” 2022-ci ildə yaradılıb. Onun nizamnə kapitalı 400 min manat, 100.00% səhmdarı isə Kəmalə Məmmədovadır.