Fermerlərin faiz xərcini dövlət ödəyəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək.

İndex.az xəbər verir ki, bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib.

Onun sözlərinə görə, yeni məhsul kənd təsərrüfatı məhsullarının istehsalçılarının faiz xərcini dövlətin ödəməsini nəzərdə tutur: “Banklar öz vəsaitləri hesabına kredit veriləcək və onların faizini dövlət qarşılayacaq. Bu layihə imzalanmaq üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.