Vətəndaşlarımızın Türkiyədə ev alışı 9 ilin minimumuna düşüb

Ötən ay Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı 9 ilin minimumuna düşüb.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 52 mənzil alıblar. Bu, 2023-ci ilin yanvar ayı ilə müqayisədə 13 mənzil və ya 20 % azdır.

Belə ki, son 9 ildə ilin ilk ayı üçün ən aşağı göstəricidir. Bununla da Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 8-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2024-cü ilin yanvar ayı ərzində Türkiyədə xarici vətəndaşlara 2 073 mənzil satılıb. Bu isə son 1 ilin göstəricisi ilə müqayisədə 2 125 ədəd və ya 50,6 % azdır.

Ötən ya Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara yanvarda 555 mənzil satılıb. Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 208 mənzil alıb.

İlk 3-lüyü ilk dəfə olaraq Ukrayna qapadır. Belə ki, omlarla illərdir ilk üçlükdə olan İraq vətəndaşlarını qabaqlayıblar. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 127 mənzilə sahib olub.