Qətər edam cəzasına məhkum edilmiş 8 Hindistan zabitini azad edib

Qətər İsrailə casusluqda ittiham etdiyi 8 Hindistan vətəndaşını azad edib.

İndex.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda Hindistan Hərbi Dəniz Qüvvələrindən 8 təqaüdçü zabitin azad edilməsindən məmnun olduqları bildirilib.

Nazirlik istefada olan 8 əsgərdən 7-nin ölkəyə qayıtdığını bildirib.

Qeyd edək ki, Qətər administrasiyası cəzanın səbəbini açıqlamasa da, Böyük Britaniyada yerləşən “Reuters” xəbər agentliyi şəxsiyyətlərinin paylaşılmasını istəməyən Hindistan və Qətər rəsmilərinə istinadən əsgərlərin İsrail adına casusluq etdikləri üçün cəzalandırıldığını bildirib.