“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

“Bakcell” şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib. İndi “Bakcell” abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ oteli və Şuşa TV stansiyası ərazilərində bu xidmətdən yararlana bilərlər.

Həyata keçirilən quruculuq və bərpa işləri ilə əlaqədar hər gün daha çox insanın Şuşaya səfər etdiyini və şəhərdə məskunlaşdığını nəzərə alan “Bakcell” “Şuşa ili” tədbirləri çərçivəsində burada öz abunəçilərinə daha üstün xidmət təqdim edir.

2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.

“Bakcell” Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.