“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
İndex.az xəbər verir ki, Bankın səhmlərinin 0,13%-nə nəzarət edən “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) payını 0,23%-ə çatdırıb.
Əvəzində kredit təşkilatında digər hüquqi və fiziki şəxslərin payı 4,71%-dən 461%-ə düşüb.
ABB-nin səhmlərinin qalan hissəsi əvvəlki qaydada 91,4% olmaqla Maliyyə Nazirliyinə və 3,76% olmaqla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur.
ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır.