Azərbaycanın quşçuluq şirkəti Küveytə damazlıq yumurta ixrac edib – İLK DƏFƏ

Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Belə ki, ilk dəfə olaraq Azərbaycandan xaricə damazlıq yumurta ixracı reallaşıb.

Bu barədə İndex.az Azərbaycan Quş Əti, Yumurta  İstehsalçıları və İxracatçıları Assosiasiyana istinadən xəbər verib.

Bildirilir ki, Assosiasiyanın üzvü olan  “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir. Son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır.

Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. İnanırıq ki, tezliklə ölkəmizin digər quşçuluq məhsullarının da ixracatçısına çevrilməsi mümkün olacaq.