Bakıda köhnəlmiş mənzil fondunun ümumi sahəsi 2 dəfədən çox azaldılacaq

Bakıda köhnəlmiş yaşayış fondunun (70 %-dən çox) ümumi sahəsi 2020-ci illə müqayisədə 2027-ci ilə qədər 37,8 % azaldılaraq 12 milyon 138,4 min kvadrat metrə, 2040-cı ilə qədər 2,3 dəfə azaldılaraq 8 milyon 338,4 min kvadrat metrə çatdırılacaq.

İndex.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə (planın hazırlama vaxtı) müqayisədə 64,7 % artırılaraq 47 milyon 737,7 min kvadrat metrdən 78 milyon 615,3 min kvadrat metrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39,2 % artırılaraq 66 milyon 467,1 min kvadrat metr təşkil edəcək.

Baş plana əsasən 2020-ci illə müqayisədə Bakıda çoxmərtəbəli (9 və daha çox) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 26,4 % artırılaraq 20 milyon 008,5 min kvadrat metr, 2040-cı ilə qədər 58,6 % artırılaraq 25 milyon 102,7 min kvadrat metr, orta mərtəbəli (5-8 mərtəbəli) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 21,1 % artırılaraq 7 milyon 455,9 min kvadrat metr, 2040-cı ilə qədər 68,2 % artırılaraq 10 milyon 349,3 min kvadrat metr, azmərtəbəli (mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binalarının ümumi sahəsi 2027-ci ilə qədər 0,6 % artırılaraq 19 milyon 993,9 min kvadrat metr, 2040-cı ilə qədər 2,7 % artırılaraq 20 milyon 406,4 min kvadrat metr olacaq.

Baş plana əsasən paytaxtda mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları və həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin ümumi sahəsinin 2027-ci ilə qədər 19 milyon 008,8 min kvadrat metrə, 2040-cı ilə qədər 22 milyon 756,9 min kvadrat metrə çatdırılması nəzərdə tutulur. Bu isə müvafiq olaraq 3,2 dəfə və 3,9 dəfə artım deməkdir.