Mark Zukerberq okeanın ortasında malikanə inşa etdirir

Sosial media nəhəngi “Meta”nın yaradıcısı Mark Zukerberq haqqında yeni məlumatlar üzə çıxıb.

İndex.az xəbər verir ki, sərvəti 120 milyard dolları aşan dünyanın 7-ci ən varlı adamı olaraq qeyd edilən Zukerberqin Havayda bənzərsiz bir malikanəsi olduğu iddia edilir.

Əldə edilən məlumata görə, Mark Zukerberqin yeni malikanəsi 5000 kvadratmetrlik kampusda tikilir. Hətta ən optimist hesablamalara görə, 270 milyon dollara (torpaq qiyməti də daxil olmaqla) tikiləcək binada ən azı 30 yataq otağı və hər yataq otağı üçün şəxsi vanna otağı olacaq.

Mark Zukerberqin yeni malikanəsi qiyamətdən sonra sağ qalmaq üçün hazırlanır. Mark Zukerberq və ailəsinin yaşayacağı malikanədə xüsusi yeraltı sığınacaq var.

Betonla doldurulmuş ağır dəmir qapılarla daxil olan bu sığınacaqda bütün yaşayış ləvazimatları var. Bildirilir ki, bu qapılar evin dizaynına uyğun olacaq. Beləliklə, kənardan gələn kimsə sığınacaq qapılarını görə bilməyəcək.

Bu arada Mark Zukerberqin malikanəsində də bəzi taxta qapılar olacaq. Bu qapılar heç yerdə açılmayacaq. Burada yeganə məqsəd mümkün hücum zamanı insanları çaşdırmaqdır. Binanın giriş qapılarının partlayışa davamlı olacağı da öyrənilib.