AZAL bu şəhərə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya uçuşlar həyata keçirəcək.

İndex.az AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.