“Naxçıvan Sığorta” şirkəti ləğv edilir

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

“APA-Economics”ə bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.