Türkiyə avtomobilləri 15 dəqiqəyə dolduran super sürətli şarj stansiyaları qurur

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, TCDD-nin (Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryolu) elektrikli avtomobillər üçün şarj stansiyaları quracağını açıqlayıb.

İndex.az xəbər verir ki, verilən açıqlmada bildirilib ki, stansiyalarda avtomobillər 15-20 dəqiqəyə şarj olunacaq.

TCDD Texnik A.Ş.-dən verilən açıqlamada bildirilib ki, Baş İdarə EPDK-dan şarj operatoru lisenziyası alıb.

Uraloğlu, quraşdırılmasına başlanılan 200 kilovatlıq super sürətli şarj stansiyaları ilə elektrikli avtomobillərin 15-20 dəqiqə ərzində şarj ediləcəyini qeyd edib.

Noyabr ayı etibarilə Türkiyədə 5 min 86 elektrikli avtomobil doldurma məntəqəsi və 10 min 817 şarj mərkəzi var.