1 530 manatlıq “Hyundai Getz” 10 minə, 900 manatlıq “Traktor MTZ” isə 6 min manata özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb.

İndex.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 530 manat olsa da, ən son təklif 10 000 manata yüksəlib. İlkin qiyməti 900 manat olan “Traktor MTZ” isə 6 000 manata özəlləşdirilib. Hərracdan dövlət büdcəsinə 92 074 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36wUWg linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar dekabrın 12-də, 19-da və 21-də keçiriləcək. Hərraclara 130 nəqliyyat vasitəsi çıxarılacaq. Bu əmlaklar arasında gəmi də var.