Naxçıvanda gülab və gül yağı istehsal olunacaq

Naxçıvanda qızılgül əkini sahələri genişləndiriləcək, gülab və gül yağı istehsalı dəstəklənəcək.
İndex.az xəbər verir ki, bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda öz əksini tapıb.
Bu, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri tərəfindən icra ediləcək.
Xatırladaq ki, proqram çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması nəzərdə tutulur.
Report