“Motsartın qəsri” hərraca çıxarılıb

“Sotheby”s hərrac evinin daşınmaz əmlak bölməsi Avstriyanın Ştuppacx qəsrini satışa çıxarıb.

İndex.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, onu başqa cür “Motsartın qalası” da adlandırırlar.

Qəsr 1130-cu ildə tikilmiş, XV-XVII əsrlərdə yenidən qurulub. Qalanın tarixi Motsartın adı ilə bağlıdır. 1791-ci ildə malikanənin sahibi qraf Frans fon Valseq bəstəkara vəfat etmiş həyat yoldaşının xatirəsinə “Rekviyem” yazmağı tapşırır. Maestronun ölümündən sonra şah əsərin partiturası Avstriya Milli Kitabxanasına daxil olana qədər Ştuppax qəsrində saxlanılıb. Buna görə də tikili “Motsartın qəsri” kimi tanınıb.

Göstərilən təxmin 3,95-9,95 milyon avrodur. Qəsr 50 otaqdan, həmçinin bir sıra başqa məkanlardan və bağdan ibarətdir.