Cari ilin yanvar-may aylarında Naxçıvanda 1 quşçuluq təsərrüfatı, 6 arıçılıq təsərrüfatı, 1 arıçılıq təsərrüfatı yaradlıb.
İndex.az xəbər verir ki, cari ilin yanvar-may aylarında quşçuluğun və arıçılığın inkişafına, bank və kredit təşkilatları tərəfindən 346 min 400 manat kredit verilib.
Belə ki, verilmiş kredit, bir il öncəki göstəricidən 24.9% çoxdur.
Bank və kredit təşkilatları tərəfindən heyvandarlıq təsərrüfatının yaradılmasına isə 6 milyon 11 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 55.8% çoxdur.