“Salyan-Taxıl” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 23 avqust 2021-ci il saat 11.00-da online formatda keçiriləcək.
Index.az xəbər verir ki, bu barədə ASC-nin İdarə Heyətinin yaydığı məlumatda deyilir.
Gündəlikdəki məsələlər bunlardır:
1. ASC-nin 2019-2020-ci illər üçün maliyyə balansının təsdiqi.
2. İdarə Heyəti üzvlərinin yenidən seçilməsi.
3. Maliyyə-təftiş komissiyasının yenidən seçilməsi.
4. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla Salyan şəhəri, 20 yanvar küçəsindəki inzibati binada iş günləri saat 11:00-dan 16:00-dək tanış ola bilərlər.
Ünvan: Salyan şəhəri, 20 yanvar küçəsi.
Əlaqə telefonu – (021) 255-38-31, (050) 327-90-77