Bu ilin yanvar- iyul aylarında Azərbaycanda 5 milyard 271 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,6% çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 8,5% artaraq 2 milyard 734,3 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,6% artaraq 2 milyard 536,7 milyon manat təşkil edib.