Sakinlər təsərrüfatlarını suvarmaqda çətinlik çəkir

Son günlər Kür çayında suyun səviyyəsi yenidən bir metrdən çox aşağı düşüb.

İndex.az xəbər verir ki, bu da çay yatağınən Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində özünü daha qabarıq göstərir.

Məlumata görə, sentyabrın 8-dən 10-dək Kürün 5 rayon ərazisindən keçən hissəsində su nasos stansiyalarının işləməsi müvəqqəti olaraq dayandırılıb. Nəticədə çayda suyun səviyyəsi 1,47 metr qalxıb və Neftçala ərazisində Kürə qarışan dəniz suyunun qismən də olsa geri çəkilməsinə nail olunub.

Sakinlər isə çayda axının müşahidə olunmadığını və təsərrüfat sahələrinin suvarılması üçün su qıtlığının yarandığını bildirirlər.

Mütəxəssislər hesab edirlər ki, Kür çayında vəziyyət bu cür davam edərsə, gələcəkdə ekoloji fəlakətə gətirib çıxara bilər.