Bu ilin yanvar-avqust aylarında Azərbaycan 55,086 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,752 milyon ABŞ dolları (24,3 %) çoxdur.
Səkkiz ay ərzində Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 2,624 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,508 milyon ABŞ dolları (24 %) çoxdur.
Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,75 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.