“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus (ASK) “Azərtütün” ASC-nin nizamnamə kapitalı 4 582 473 manat və yaxud 29,1% artırılıb.
İndex.az xəbər verir ki, səhmdar cəmiyyətinin kapitalı 15 748 661 manatdan 20 331 134 manata çatdırılıb.
Xatırladaq ki, “Azərtütün” 2018-ci ildən fəaliyyət göstərən “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin bazasında bu ay yaradılıb. Şirkətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə tütün emalı zavodu fəaliyyət göstərir.
Report