Prezident İnam Kərimovun səlahiyyətlərini artırdı

Prezident İlham Əliyevin bu gün dəyişiklik etdiyi “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə əsasən, kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb.

“Report” xəbər verir ki, nazirə tabeli qurumların rəhbərləri ilə yanaşı, onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, eləcə də digər işçiləri (tabeli qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərləri) vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilib.

Report