Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası arasında memorandum imzalanıb.
İndex.az ASK-ya istinadən xəbər verir ki, sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və s. məsələləri əhatə edir.
Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti imzalayıb.
İmzalanma mərasimində qeyd olunub ki, bu saziş ölkələrimiz arasında sahibkarların əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxaracaq. Qarşılıqlı ticarət əlaqələrinin artırılması üçün görülən işlər barədə qısa müzakirələr aparılıb. X.Bhatti bildirib ki, Pakistanla Azərbaycan arasında 20 adda məhsulun imtiyazlı şəkildə ixrac-idxalı ilə bağlı sənəd hazırlanır və həmin məhsulların müəyyənləşdirilməsində ASK da öz təkliflərini verə bilər.