Gələn il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
İndex.az xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 1,1% çoxdur.
Gələn il aqrar sektora çəkiləcək xərclərin 477 milyon manatı kənd təsərüffatı tədbirlərinə, 47 milyon manatı baytarlığa, 460 milyon manatı meliorasiyaya, 13 milyon manatı isə kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək.