2021-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasında heyvandarlıqla məşğul olan sahibkarların fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 66 layihənin maliyyələşdirilməsinə 1 milyon 152 min manat dövlət maliyyə dəstəyi göstərilib.
İndex.az bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, cari ilin 9 ayı ərzində 41 heyvandarlıq təsərrüfatı yaradılıb, 14 heyvandarlıq təsərrüfatı genişləndirilib.
Heyvandarlıq təsərrüfatlarında 10 074 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 7 168 baş sağlam bala alınıb. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 426 baş, qoyun və keçilərin sayı 771 min 372 baş olub ki, bu da 1 oktyabr 2020-ci il tarixə olan göstəriciləri 2,9 və 2,1 faiz üstələyib.