Bu il yanvar ayında Azərbaycan 394,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur.
Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 4,8% artaraq 20,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,6% artaraq 373,9 milyon manat təşkil edib.