Hökumət Ödəniş Portalının internet səhifəsi və mobil tətbiqi fəaliyyətini dayandıracaq

10.01.2024-cü il tarixindən Hökumət Ödəniş Portalının (HÖP) internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, ölkədə fəaliyyət göstərən bütün bankların, həmçinin bir çox bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həlləri Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edilib. Sözügedən qərar HÖP-ə inteqrasiya olunmuş bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanının olmasını nəzərə alaraq verilib.

AMB-dən əlavə edilib ki, HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə aparılan ödənişlər bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirilə bilər.