Azərbaycan Türkiyədən tütün idxalını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana 39 milyon 963 min ABŞ dolları dəyərində tütün ixrac edib.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 166,6 % çoxdur.

Həmçinin, cari ilin oktyabrında Türkiyədən ölkəmizə 5 milyon 912 min ABŞ dolları dəyərində tütün gətirilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən 180 % artım deməkdir.