Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy bu il Antalyaya gələn turistlərin sayının 15 milyonu keçdiyini bildirib.
İndex.az xəbər verir ki, nazir həm gəlir, həm də turist sayı pandemiyadan əvvəl turizmin pik həddə olduğu 2019-cu ilin rəqəmlərini üstələdiyini bildirib.
Antalya Mədəniyyət Yolu Festivalı üçün şəhərdə olan Ersoy, 9 aylıq məlumatlara görə, Türkiyə daxilində turizmdə 42 milyard dollarlıq bir rəqəmə çatıldığını və turizm üçün 55,6 milyard dollarlıq gəlir hədəfinə doğru irəliləyiş olduğunu söylədi.