Bu ölkələrdə binalar 150 metrdən yuxarıdır – SİYAHI

Məşhur “World of Statistics” nəşri müxtəlif ölkələrdə 150 metrdən yuxarı olan binaların sayını araşdırıb.

İndex.az xəbər verir ki, araşdırmaya görə, Çində 3 mindən çox bina 150 metrdən yuxarıdır. Buna görə də Çin siyahıya liderlik edir.

Siyahıda ikinci yerdə ABŞ, üçüncü yerdə isə BƏƏ yer tutub.

İndex.az 150 metrdən yüksək binaların yerləşdiyi ölkələri təqdim edir:

Çin: 3,166 (Hong Kong daxil olmaqla)
ABŞ: 887
BƏƏ: 332
Yaponiya: 278
Cənubi Koreya: 276
Malayziya: 274
Avstraliya: 154
Kanada: 139
İndoneziya: 135
Tayland: 128
Filippin: 128
Hindistan: 116
Sinqapur: 97
Türkiyə: 73
Panama: 67
Braziliya: 64
Rusiya: 54
Meksika: 53
Qətər: 52
Səudiyyə Ərəbistanı: 43
Vyetnam: 40
Böyük Britaniya: 39
İsrail: 31
Fransa: 26
Kolumbiya: 24