“ChatGPT” indi birbaşa internetdən məlumatları əldə edəcək

Generativ süni intellekt proqramı “ChatGPT” əhəmiyyətli yeni mərhələyə qədəm qoydu.

İndex.az xəbər verir ki, istehsalçı “OpenAI” elan edib ki, o, indi birbaşa internetdən məlumatları əldə edə və yenilənmiş məlumatları real vaxtda toplaya bilər.

Bu günə qədər proqramın istifadəçilərin suallarına gündəlik dildə verdiyi cavablar böyük bir məlumat bazasına əsaslanırdı, lakin bu cavablar verilərkən 2021-ci il üçün ən aktual məlumatlardan istifadə edilirdi.

Bu, keçən noyabr ayında istifadəyə verildiyi gündən diqqət mərkəzində olan çatbot tərəfindən verilən cavabların dəqiqliyini və əhatəliliyini məhdudlaşdırdı.