Kriptovalyutalar üçün tənzimləyici hazırlıqlar getdikcə güclənir.
İndex.az xəbər verir ki, qlobal maliyyə sistemində öz yerini tutan və getdikcə daha çox istifadə edilən kriptovalyutaların istifadəçilərinin monitorinqi, vergiyə cəlb edilməsi və qorunmasına yönəlmiş yeni tənzimləmə səyləri bütün dünyada sürətlənib.
Kriptovalyuta aktivləri və onlarla əlaqəli məhsullar, eləcədə bu sahadəki xidmətlər son illərdə sürətlə artsa da, bu əməliyyatların ciddi şəkildə tənzimlənən və nəzarət edilən mövcud maliyyə sistemi ilə daha çox əlaqəli olması lazımdır.
Əməliyyatlar bank və ya maliyyə vasitəçisinə ehtiyac olmadan internet üzərindən istifadə üçün nəzərdə tutulmuş mərkəzləşdirilməmiş rəqəmsal valyutalar olan kriptovalyutalarla həyata keçirilə bilər.
Bu isə heç bir nəzarət və ya tənzimləyici təşkilata ehtiyac olmadan işləməyə imkan verir.