"Bank of Baku"ya işçi lazımdır

Mikrokreditlər üzrə kiçik ekspert (Bakı və region filialları)

Vəzifənin təsviri
Mikrokreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

o Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
o Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
o Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
o Kredit portfelinə nəzarət və idarə olunması

Seçim meyarları

o İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
o Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
o Təşəbbüskar, aktiv və əzmkar olmalı
o Bank sektorunda karyera qurmağa həvəsli olmalı
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı

İş şərtləri

o İş yeri: Bakı, Şəki, Şirvan və Lənkəran filialları
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Mikrokreditlər üzrə kiçik ekspert qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər.