“Cəmiyyəti, vətəndaşları narahat edən şeylər bizi də narahat edir. Çünki biz də onlardan biriyik. Ümumilikdə pandemiya şəraitində yeni qərarların qəbulu üçün yoluxma sayının azalması ilə yanaşı, vaksin vurduranların sayı da o qədər önəmlidir”.
İndex.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, vaksinasiya prosesi sürətləndikcə, ictimai nəqliyyatla bağlı da yeni qərarlar ola bilər:
“Hazırda vətəndaşlarımızın gözlədiyi bir neçə istiqamətdə yumşalmalara gedilməsi çox ciddi iş aparılır. Çünki son zamanlar yoluxma sayında mərhələli şəkildə yaxşılaşma buna imkan verir. Hazırda bəzi pandemiya xəstəxanalarımız xəstə sayı az olduğu üçün bağlanır. Bu çox sevindiricidir. Ona görə də hər kəsi peyvənd olunmağa çağırıram. Bildiyiniz kimi, ölkəmizdə 3 fərqli şirkət tərəfindən istehsal olunmuş iki növ vaksin seçimi verilir. Vətəndaşlarımız tam könüllü şəkildə, istədikləri vaksini seçərək, peyvənd oluna bilərlər”.
©Banker