Azərbaycanlı milyoner rüşvət verməkdə ittiham edilir

Rusiyada yaşayan azərbaycanlı iş adamı “Travelers kofe” federal şəbəkəsinin ortağı Ənvər Piriyev külli miqdarda rüşvət verməkdə ittiham edilir.

İndex.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, cinayət işi üzrə ilkin istintaq bitib. İş, baxılması üçün Novosibirsk vilayəti, Kalinin rayon məhkəməsinə göndərilib.

İddiaya görə, Ənvər Piriyev Novosibirsk bölgəsinin Daxili İşlər Nazirliyinin rəsmisinə 321 min rubl (7 min 4 yüz 13 manat) nağd pul və 800 min rubl (18 min manat) dəyərində avtomobil verib. Qarşılığında isə nazirlik rəsmisi Piriyevin maraqlarına xidmət edən məlumatları iş adamına ötürüb.
Xatırladaq ki, 2021-ci ilin fevralında vətəndaşların şəxsi həyatı barədə məlumatları yaymaqda günahlandırılan Puşkaryov Novosibirsk rayon Mərkəzi Məhkəməsinin qərarı ilə 1 il 5 ay müddətinə şərti cəza alıb. Onun 3 il müddətinə hüquq-mühafizə orqanlarında işləməsi də qadağan edilib.

©Yeniavaz