“Birkart” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 97 min manat zərərlə başa vurub.
İndex.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 34,5% azdır.
Bu il yanvarın 1-nə “Birkart”ın aktivləri 5,801 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 dəfə çoxdur. Bunun 84 min manat müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 93% kiçilib.
Hesabat dövründə “Birkart”ın öhdəlikləri 5,7% azalaraq 1,059 milyon manata düşüb, balans kapitalı 13,6 dəfə artaraq 4,742 milyon manata, o cümlədən nizamnamə kapitalı 10 dəfə artaraq 4,99 milyon manata çatıb.
Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.
©Report