Mebel və onun hissələrini idxalına görə 26 milyon dollardan çox xarici valyuta ölkədən çıxıb.
İndex.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana 26 milyon 759 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edilib.
İllik müqayisədə idxalda 1 milyon 866 min ABŞ dolları (7.5) artım var.
Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 0.76%-ni təşkil edib.
©Banker