“Günay Sığorta” ASC-nin səhmdarları şirkətin nizamnamə kapitalının daha 1,5 milyon manat, yaxud 18,3 % artırılaraq 8,2 milyon manatdan 9,7 milyon manata çatdırılmasına qərar veriblər.
İndex.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızları mövcud səhmdarların hansı nisbətdə əldə edəcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.