2021-ci ilin ilk beş ayından müşahidə edilən budur ki, Azərbaycanın mobil telefon bazarında Çin və Vyetnamın mövqeyini kəskin gücləndirib.
İndex.az xəbər verir ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində xaricdən 588 min ədəd mobil telefon idxal edilib. Bu isə illik müqayisədə 2 dəfəyə yaxın bir artım dinamikasıdır.
İdxal edilmiş telefonların dəyəri isə 90.81 mln. ABŞ dolları təşkil edib. Bu da 2.2 dəfə artım deməkdir.
Azərbaycan 2021-ci ilin ilk 5 ayında Çindən 342 min ədəd mobil telefon idxal edib, bu illik müqayisədə 75% artımdır. İdxal dəyəri baxımından isə 2.2 dəfə artımla 50,68 milyon dollar olub. İdxalın dəyərinin isə bu qədər kəskin artmasına səbəb mobil telefonlarının qiymətlərinin bahalaşmasıdır. Məsələn, Çindən 2020-ci ildə 117.9 dollar/ədəd olmuşdursa, bu il daha da bahalaşmaqla 148.3 dollar/ədəd olmuşdur.
Ölkəmizə ikinci ən böyük telefon idxal edən Vyetnamın payı isə daha kəskin artıb. Məsələn, 2020-ci ilin müvafiq dövründə 192 min ədəd mobil telefon idxal edib. Bu telefonların idxal dəyəri 28.79 milyon dollar olmaqla hər bir telefonun qiyməti 150.2 dollar olmuşdur.
©Banker