Banklara xarici valyuta ilə depozit qoyuluşu azalıb

Bu il iyulun 1-nə Azərbaycan banklarına xarici valyuta ilə depozit qoyuluşu 8 milyard 813,2 milyon manat təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,4 % azdır.

Banklara xarici valyuta ilə depozit qoyuluşu ilin əvvəlinə nisbətən 0,8 %, ötən il iyulun 1-i ilə müqayisədə isə 2,6 % azalıb.