Özəl sektorun kreditləşməsi 6% artıb

2021-ci ilin birinci yarısında Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 5,9% artaraq iyulun 1-nə 13,480 mlrd. manat təşkil edib.

İndex.az Mərkəzi Bankın (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, iqtisadiyyata cəmi kredit qoyuluşlarının 94%-ni təşkil edir. Özəl sektorun kreditləşməsinin payı ilin əvvəlindən 0,6 faiz bəndi artıb. Özəl sektora verilən kreditlərin 54,3%-i ev təsərrüfatlarının payına düşüb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 5%, gələn il isə 9,1% artacaq.

Xatırladaq ki, 2020-ci ildə ölkədə özəl sektora qoyulan kreditlər həcmi 3% azalmışdı.

APA