ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev telekanalın yenidən yayıma başlaması haqda yayılan məlumatlara münasibət bildirib.
İndex.az xəbər verir ki, V.Mustafayev qeyd edib ki, ANS yayım lisenziyasını almaq üçün Milli Televiziya və Radio Şurasının elan etdiyi tenderdə iştirak edir:
“MTRŞ təhsil verəcək və maarifləndirəcək TV ilə bağlı müsabiqə elan edəndə ANS Şirkətlər Qrupuna bağlı üç şirkətimiz (İNS ÇM, Balans və istipress) sənədləri hazırladı və MTRŞ-ya təqdim etdi. Bütün sənədlər də həmişəki kimi qaydasındadır.
İyulun 23-də MTRŞ üzvləri maddi-texniki bazaları yoxlamaq üçün avadanlıqların olduğu ərazilərə də baş çəkdilər və hər şeyin qaydasında olduğunu dillərinə gətirdilər və bu barədə müvafiq aktlara imzalar atıldı.
Unutmayaq ki, Vətənimizin və regionun bütün müasir tarixinin videoarxivi də ANS-dədir və təhsil işində həm nəzəri, həm də praktiki cəhətdən vacib olan bu dərsliyin maarifçilikdə xüsusi yeri var.
Bu istiqamətdə savadımız da var, bacarığımız da. Ən azı, digər iştirakçılardan fərqli olaraq bu işdə 30 illik təcrübəmiz var. Ona görə də bu müsabiqədən qalib çıxacağımıza inamım var”.
©Yeniavaz