Sığorta bazarımız 11% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 452,366 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 248,2 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,8% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 46,35 manat olub.