Azərbaycanda vətəndaşların dövlət büdcəsinə ödədiyi mənfəət vergisi üzrə ödənişlərinin həcmi 2021-c-i ilin birinci rübündə 3.59% artıb.
İndex.az xəbər verir ki, fiziki şəxslər cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə 272.84 milyon manat gəlir (mənfəət) vergisindən ödəniş ediblər. Bu da 2020-ci ilin ilk rübü ilə müqayisədə 9.45 milyon manat pozitiv dinamikadır.
Fiziki şəxslərin son bir ildə cəmi dövlət gəlirindəki payı (2020 R1: 5 736.95 milyon manat) 3.4%-dən 4.8%-ə yüksəlib. Qeyd edək ki, 2020-ci ilin ilk rübündə Azərbaycanda COVID-19 pandemiyasının təsirləri daha az idi.
Xatırladaq ki, 2021-ci ilin birinci rübü ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin həcmi öncəki illə müqayisədə 2 095.42 milyon, yaxud, 26.75% azalıb. Azalmaya əsas səbəb ƏDV-nin illik mənfi dinamikasıdır.
©Banker